Aİ: “Crocus”dakı terrorla Ukraynanın əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur

Aİ: “Crocus”dakı terrorla Ukraynanın əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur

Avropa İttifaqının Moskvada “Crocus City Hall”da baş vermiş terror aktı ilə Ukraynanın əlaqəsi ola biləcəyinə dair heç bir sübutu yoxdur.

APA xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano deyib.

"Əlbəttə, biz tamamilə rədd edirik. Ukraynanın əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur", - o deyib.