Qlobal qaz tələbatı gələn il 2,5% artacaq - PROQNOZ

Qlobal qaz tələbatı gələn il 2,5% artacaq - PROQNOZ

Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal qaz tələbatı ilə bağlı proqnozunu açıqlayıb.

Bu barədə “APA-Economics” Agentliyin qaz bazarına dair hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, gələn il qlobal qaz tələbatı 2,5% və ya 100 mlrd. kubmetr artaraq 4,19 trln. kubmetr təşkil edə bilər.

Hesabata görə, 2024-cü ildə mayeləşdirilmiş təbii qaz (LNG) tədarüklərindəki artım məhdud olacaq və cəmi 3,5% və ya 18 mlrd. kubmetr həcmində çoxalacaq.

Qaza tələbatın artmasının sənaye, eləcə də yaşayış və ticarət sektorları üzrə istehlakdan qaynaqlanacağı gözlənilir.