Rusiya Kiyevə iki ballistik raket atıb

Rusiya Kiyevə iki ballistik raket atıb

Rusiya qüvvələri tərəfindən Kiyevə iki ballistik raket atılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk "Telegram" kanalında bildirib.

"Səhər saat 10:30 radələrində düşmən müvəqqəti işğal olunmuş Krımdan iki ballistik raketlə Kiyevə hücum edib".

O qeyd edib ki, Ukraynanın hava qüvvələri bu hücumu zərəsizləşdirib.

"Ukrinform"un məlumatına görə, Rusiya raketlərinin parçaları Kiyevin Peçersk, Holosiivsk, Solomyansk və Dnepr rayonlarına düşüb. Peçersk rayonunda Rusiyanın raket hücumu nəticəsində 4 nəfər yaralanıb.