"Crocus"da terror aktı zamanı xilas olunanların sayı açıqlanıb

"Crocus"da terror aktı zamanı xilas olunanların sayı açıqlanıb

"Crocus"da terror aktı zamanı 5000-dən çox insan xilas ola bilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Crocus" qrupun nümayəndəsi bildirib.

Qeyd olunub ki, terrok aktının baş verdiyi "Crocus City Hall" da olanlar sərbəst şəkildə, konsert zalının əməkdaşlarının və əməliyyat xidmətlərinin köməyi ilə binadan çıxıblar. Xilas olanlar əsasən zirzəmilərdən, xidməti otaqlardan keçərək canlarını qurtarıblar.

Rusiya mətbuatı onlarla adamın hələ də itkin düşənlər siyahısında olduğunu, 100-ə yaxın cəsədin şəxsiyyətinin hələ də müəyyənləşdirilmədiyini yazıb. Qeyd olunub ki, çoxlarının şəxsiyyətini müəyyən etmək üçün 2 həftə çəkəcək DNT müayinəsi lazım olacaq.

Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə indiyədək 2300-ə yaxın insanın müraciət etdiyi açıqlanıb.

Qeyd edək ki, martın 22-də axşam saatlarında əli silahlı dörd nəfər "Crocus City Hall"a daxil olaraq avtomat silahdan insanlara atəş açıblar və konsert salonunda yanğın törədiblər. Nəticə 137 nəfər ölüb, 180 nəfər yaralanıb. Rusiya hüquq mühafizə orqanları terror aktını törətməkdə şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində yaxalayıb.