Kreml ölüm hökmünün bərpası ilə bağlı müzakirələrə münasibət bildirib

Kreml ölüm hökmünün bərpası ilə bağlı müzakirələrə münasibət bildirib

Kreml ölüm hökmünə qoyulan moratoriumun ləğvi ilə bağlı müzakirələrdə iştirak etmir.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, Moskvada "Crocus City Hall" konsert salonunda martın 22-də baş verən terror aktından sonra cəmiyyətdə ölüm hökmünün bərpa olunması gündəmə gəlib. İctimai xadimlər, siyasətçilər və ölkə ictimaiyyətinin digər nümayəndələri ölüm hökmünün bərpa olunması təklifi ilə çıxış ediblər.