Gəncədə zəncirvari qəza olub

Gəncədə zəncirvari qəza olub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Hyundai Santafe" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan kənarında dayanan "AzSamand", “Peugeot” və "Land Cruiser" markalı avtomobillərə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.