Cəlilabadda obyektlərdə yanğın olub

Cəlilabadda obyektlərdə yanğın olub

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

•birxeber.az bildirir ki,hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 102 kvadratmetr olan dərzi sexi, bərbərxana və telefon mağazasından ibarət tikilinin tavanı 60 kvadratmetr sahədə yanıb.
Yanğın yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq söndürülüb.
Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.