Peskov: Kreml "Crocus" terrorunun istintaqının gedişi ilə bağlı şərh verməyəcək

Peskov: Kreml "Crocus" terrorunun istintaqının gedişi ilə bağlı şərh verməyəcək

Kreml "Crocus" terrorunun istintaqının gedişi ilə bağlı şərh verməyəcək.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya xüsusi xidmət orqanlarının “Crocus”da baş verən terror aktı üzərində müstəqil şəkildə işlədiyini, başqa ölkələrdən hər hansı yardımdan söhbət getmədiyini söyləyib.

Peskov qeyd edib ki, baş verən terror aktının araşdırılması ilə bağlı Qərb ölkələri ilə təmas yoxdur.

Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin bu gün Moskva vilayətində baş verən terror aktından sonra görülən tədbirləri müzakirə etmək üçün müşavirə keçirəcəyini də əlavə edib.