Kiyevdə hava limanı yaxınlığında partlayış olub

Kiyevdə hava limanı yaxınlığında partlayış olub

Ukrayna paytaxtı Kiyevin Julyanı hava limanı yaxınlığında güclü partlayış olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə TASS-a hadisə şahidləri məlumat verib.

“Aeroport tərəfdə güclü partlayış oldu, tüstü səmanı bürüyüb”, - agentliyin həmsöhbəti bildirib.

Ukrayna mətbuatı da paytaxtda partlayış səslərinin eşidildiyini yazıb. Ukraynanın bəzi bölgələri üçün hava hücumu xəbərdarlığı elan edilib.

Kiyevin meri Vitali Kliçko partlayışların olduğunu təsdiqləyib və vətəndaşlara çağırış edib.

“Paytaxtda partlayışlar. Təcili sığınacaqlara gedin!”, - o sosial şəbəkədə yazıb.