Sabunçuda köməkçi tikilidə yanğın olub

Sabunçuda köməkçi tikilidə yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan 2 otaqlı köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və 1 otağına yığılan ev əşyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.