KİV: Ukraynalı qaçqınların sığına biləcəkləri ölkələr arasında Fransa ən pis variantdır

KİV: Ukraynalı qaçqınların sığına biləcəkləri ölkələr arasında Fransa ən pis variantdır

Hazırda ukraynalı qaçqınların sığına biləcəkləri ölkələr arasında Fransa ən pis variantdır.

“Report”un məlumatına görə, bunu “Politico” nəşri yazıb.

Məqalədə qeyd olunub ki, Fransa hər 1000 vətəndaşa 1 nəfərdən az qaçqın qəbul edir. “Yanvarda rəsmi Paris Ukraynadan olan ümumilikdə 64 720 qaçqının müvəqqəti himayə altında olduğunu bildirib”.

Nəşrin məlumatına görə, Fransa ilə müqayisədə slavyandilli ölkələr xeyli çox ukraynalı qaçqın qəbul ediblər. Bunun Ukraynaya coğrafi yaxınlıq, qaçqınlara pul dəstəyi və əvvəlcədən yaradılmış icmalar şəbəkəsi kimi amillərlə bağlı ola biləcəyi vurğulanır.