Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb

Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi vaxt müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Birxeber.Az"a verilən məlumata görə, XVIII turun matçları martın 26-da olacaq.

Qarşılaşmalar Bakı və Gəncədə təşkil ediləcək. "Gəncə" klubu doğma meydanda UNEC-i qəbul edəcək. Görüş saat 15:00-da başlanacaq.

Eyni saatda "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə, saat 18:00-da "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək. Bu iki oyun Bakıda Voleybol Mərkəzində reallaşacaq.

Qeyd edək ki, "Azərreyl" 42 xalla liderdir. "Murov Az Terminal" 37 xalla ikinci, "Abşeron" 33 xalla üçüncü, "Gəncə" 24 xalla dördüncü pillədə qərarlaşıb. "Milli Aviasiya Akademiyası" 14 xala malikdirsə, sonuncu sıradakı UNEC-in xalı yoxdur.