Omskın turizm şirkətləri Bakıya turpaketlər təklif etməyə başlayıb

Omskın turizm şirkətləri Bakıya turpaketlər təklif etməyə başlayıb

Rusiyanın Omsk vilayətinin turizm şirkətləri Bakı şəhərinə bir həftəlik turpaketlər təklif etməyə başlayıb.

“Birxeber.Az” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Omsk hava limanının mətbuat xidmətinin məlumatına əsasən, “IrAero” aviaşirkəti aprelin 2-dən Omsk-Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirəcək. Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətdə yola düşəcək.

Bir həftəlik turpaketlərin qiyməti 48 690 rubl (528,46 ABŞ dolları). Bu qiymətə təyyarə bileti, qonaqlama, transfer və tibbi sığorta daxildir.