Zelenski ölkə vətəndaşlarına müharibə ilə bağlı çağırış edib

Zelenski ölkə vətəndaşlarına müharibə ilə bağlı çağırış edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarına müharibə ilə bağlı çağırış edərək onları bir-birini dəstəkləməyə çağırıb.

Bu barədə “Birxeber.Az” UNİAN-a istinadən xəbər verir.

"Nə olursa olsun, ürəyinizdə nə varsa - bir-birinizi dəstəkləyin. Mütləq", - Prezident axşam videomüraciətində deyib.

Zelenski ukraynalıları yanlarındakı insanlara xoş sözlər söyləmək üçün vaxt tapmağa çağırıb.

"Onlar sizə yaxın insanlar olmasa belə, işə görə təşəkkür etmək üçün fürsət və məqam tapın. Bu və ya digər səyə, qayğıya görə tərifləyin... Əgər bilirsinizsə ki, insan müharibədəki oğlunu və ya qızını gözləyir, diqqət ayırın, kömək edin. Doğmalarınızı daha çox qucaqlayın, dostlarınıza onları nə qədər qiymətləndirdiyinizi daha tez-tez söyləyin, həmkarlarınızı daha tez-tez dəstəkləyin, valideynlərinizə daha tez-tez təşəkkür edin, övladlarınızla daha tez-tez xoşbəxt olun və yaxınlarınız necə olduğunuzu eşitmək üçün gözləyəndə zəng etməyi unutmayın”, - dövlət başçısı deyib.

O vurğulayıb ki, indi dost-tanışla əlaqəni kəsməyə dəyməz. Dövlət başçısı vətəndaşları Ukrayna uğrunda döyüşənləri dəstəkləməyə çağırıb.

O, vətəndaşları Ukraynanın qayğısına qalmağa, bir-birinin qədrini bilməyə və ölkə əsgərlərinə kömək etmək üçün hər şeyi etməyə çağırıb.

"Dəhşətli aylar yaşasaq da, insanlığımızı itirməmişik və onu itirməyəcəyik, baxmayaraq ki, qarşıda çətin il də var. Qələbəyə nail olacağıq. Bunu həqiqətən birlikdə etməliyik", - Prezident vurğulayıb.

Digər ölkələr Digər ölkələr
Liviyada ümumi seçkilər 2024-cü ilin martına qədər keçirilə bilər

Liviyada ümumi seçkilər 2024-cü ilin martına qədər keçirilə bilər

Digər ölkələr Digər ölkələr
KİV: İspaniya Ukraynaya tanklar və zenit raketləri göndərməyə hazırdır

KİV: İspaniya Ukraynaya tanklar və zenit raketləri göndərməyə hazırdır

Digər ölkələr Digər ölkələr
Ukraynadan Avropaya gələn qaçqınların sayını açıqlanıb

Ukraynadan Avropaya gələn qaçqınların sayını açıqlanıb

Digər ölkələr Digər ölkələr
Fransada iğtişaşlar zamanı 4 min adam saxlanılıb

Fransada iğtişaşlar zamanı 4 min adam saxlanılıb

Digər ölkələr Digər ölkələr
Şolts: “Almaniya Ukraynaya tankların verilməsində müttəfiqləri ilə hərəkət edir”

Şolts: “Almaniya Ukraynaya tankların verilməsində müttəfiqləri ilə hərəkət edir”

Digər ölkələr Digər ölkələr
Aİ Şurası Ukraynaya 18 milyard avroluq yardımı təsdiqləyib

Aİ Şurası Ukraynaya 18 milyard avroluq yardımı təsdiqləyib

Digər ölkələr Digər ölkələr
ABŞ vətəndaşlarının bir qismini Nigerdən təxliyə edəcək

ABŞ vətəndaşlarının bir qismini Nigerdən təxliyə edəcək

Digər ölkələr Digər ölkələr
ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni sədr seçilib

ABŞ Konqresinin Nümayəndələr Palatasına yeni sədr seçilib

Digər ölkələr Digər ölkələr
Rusiya və İran 10 yeni neft-qaz yatağının birgə işlənməsini müzakirə edir

Rusiya və İran 10 yeni neft-qaz yatağının birgə işlənməsini müzakirə edir

Digər ölkələr Digər ölkələr
Albaniya parlamenti üçüncü dəfə yeni prezidenti seçə bilməyib

Albaniya parlamenti üçüncü dəfə yeni prezidenti seçə bilməyib

Digər ölkələr Digər ölkələr
Bayden əməliyyat olunacaq

Bayden əməliyyat olunacaq

Digər ölkələr Digər ölkələr
TDT-nin Baş Qərargahında bayraqlar yarıya endirilib

TDT-nin Baş Qərargahında bayraqlar yarıya endirilib