Gəncədə mebel sexi yanıb

Gəncədə mebel sexi yanıb

Gəncə şəhərində ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları 77 m² sahədə və içərisində olan 1 ədəd dəzgah yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan dam örtüyünün taxta atmaları 100 m² sahədə qarsalanıb.

"Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə nazirlikdən bildirilib.