Cinayət mühakimə icraatı ilə bağlı qəbzin forması təsdiq ediləcək

Cinayət mühakimə icraatı ilə bağlı qəbzin forması təsdiq ediləcək

Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin forması təsdiq ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin və cinayət prosesini həyata keçirən orqana çağırış vərəqəsinin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.