Çilidə 5,1 maqnitudalı zəlzələ olub

Çilidə 5,1 maqnitudalı zəlzələ olub

Çilinin şimalında 5,1 maqnitudalı zəlzələ olub.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Bildirilib ki, yerli vaxtla 16:50-də qeydə alınmış yeraltı təkanların episentri Cənubi Amerika ölkəsinin Kuya yaşayış məntəqəsindən 33 km cənubda yerləşib.

Zəlzələ ocağı yerin 79,3 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.