MSN: Erməni teleqram kanallarında Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər "fake" və dezinformasiyadır

MSN: Erməni teleqram kanallarında Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər "fake" və dezinformasiyadır

Erməni “Telegram” kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur.

APA xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu kimi məlumatlar təmamilə "fake" və dezinformasiya xarakteri daşıyır.

"Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - deyə nazirlikdən bildirilib.