Ağstafada dava zamanı qardaşlar bıçaqlanıb

Ağstafada dava zamanı qardaşlar bıçaqlanıb

Ağstafada dava bıçaqlanma ilə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

2002-ci il təvəllüdlü Kamil Vəlizadə və onun qardaşı, 2000-ci il təvəllüdlü Ramin Vəlizadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Qardaşların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.