Ərdoğan: "Ankara F-16-ların Türkiyəyə tədarükünü gözləyir"

Ərdoğan: "Ankara F-16-ların Türkiyəyə tədarükünü gözləyir"

Ankara F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı mərhələnin başlanmasını gözləyir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəndən sonra ABŞ Prezidenti Cozep Bayden F-16-ların tədarükü ilə Konqresə lazımi göstəriş verib: “Oradan gələn cavab qırıcıların Türkiyəyə tədarükünü təmin edəcək. Xarici işlər naziri hazırda prosesi izləyir”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyənin bu qərarı NATO üçün böyük töhfə oldu: “Yolumuza davam edəcəyik”.