Nazir Harris İrlandiyanın yeni və ən gənc baş naziri olacaq

Nazir Harris İrlandiyanın yeni və ən gənc baş naziri olacaq

Saymon Harris İrlandiyanın yeni və ən gənc baş naziri olacaq.

“Birxeber.Az” “The Guardian”a istinadən xəbər verir ki, onun sağ mərkəzçi “Finə Geil” partiyasında liderlik uğrunda yarış başqa namizədin irəli sürülməməsi ilə başa çatıb.

Hazırda 37 yaşlı Saymon Harris ali təhsil naziri vəzifəsini tutur. Saymon Harris aprelin 9-da, Pasxa tətilindən sonra parlamentin fəaliyyətini bərpa etdikdən sonra rəsmi olaraq Baş nazir olacaq.

Pandemiya zamanı Saymon Harris səhiyyə naziri idi. Siyasətçi həmçinin 25 yaşda parlamentin ən gənc üzvü olub.