Belqorod vilayətinin atəşə tutulması nəticəsində 5 nəfər yaralanıb

Belqorod vilayətinin atəşə tutulması nəticəsində 5 nəfər yaralanıb

Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətinin atəşə tutulması nəticəsində beş nəfər yaralanıb.

“Report” “Mash”ə istinadən xəbər verir ki, hava hücumundan müdafiə bütün raketləri zərərsizləşdirə bilib.

Bildirilib ki, hücum nəticəsində beş nəfərin yaralanması ilə yanaşı çoxmərtəbəli bina, Belqorod Dövlət Texnologiya Universitetinin yataqxanası, supermarket və bir neçə avtomobilə ziyan dəyib.

Eyni zamanda, “Baza” yaralı sayının altı nəfər olduğunu açıqlayıb. Vilayətin qubernatoru Vyaçeslav Qladkov zərərçəkmişlər barədə hələlik açıqlama verməyib.

Xatırladaq ki, martın 20-dən Rusiyanın Belqorod vilayətində bir sıra yaşayış məntəqələrinə giriş məhdudlaşdırılıb.

Martın 19-da Rusiya Prezidenti Vladimir Putin diversiya qruplarının Rusiya soxulması cəhdlərindən söz açıb.

Martın 17-də Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionu Belqorodun yaşayış məntəqəsini nəzarətə aldığını açıqlayıb.

Martın 15-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov diversiya qruplarının Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevirdiyini bəyan edib.