Ermənistanın xüsusi təyinatlıları silahlı hücumun olduğu binaya basqın edib, şübhəli şəxs saxlanılıb

Ermənistanın xüsusi təyinatlıları silahlı hücumun olduğu binaya basqın edib, şübhəli şəxs saxlanılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri silahlı hücumun olduğu polis bölməsinə basqın edib.

“Report” xəbər verir ki, bu barədə TASS-ın müxbiri bildirib.

Agentliyə görə, binaya hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər. Sözügedən üç şəxs bölməyə qumbara atsa da, yaralanan ancaq özləri olub.