ABŞ-dakı Azərbaycan icmasının rəhbəri: "Zəfər Qurultayı əcdadlarımızın torpağına qayıdışdır"

ABŞ-dakı Azərbaycan icmasının rəhbəri: "Zəfər Qurultayı əcdadlarımızın torpağına qayıdışdır"

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tarixi hadisədir və mən qürurluyam ki, həmin tarixə şahidlik edirəm. Bu görüş əcdadlarımızın torpağına qayıdışdır. Biz öz ana-baba ocağımıza, ürəyimiz, şah damarımız, hər şeyimiz olan Şuşaya gedirik”.

Bu fikirləri “Birxeber”un yerli bürosuna açıqlamasında Amerika-Azərbaycan Cəmiyyətinin üzvü, Meyn ştatındakı Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədov deyib.

Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edənlər siyahısında olmaqdan büyük qürur hissi keçirib: “Olduqca həyacanlıyam və keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Zəfər yolu ilə bizə Şuşaya aparacaqlar. Bu görüş əvvəlki qurultaylardan və görüşlərdən çox fərqlidir. Yaddaşıma həkk olunmuş bir xatirəmi sizinlə paylaşmaq istəyirəm. Mən 2012-ci ildə Bakıda Dünya Azərbaycanlılarının Qurultayında iştirak edirdim. Prezident İlham Əliyev həmin görüşdəki çıxışında dedi ki, biz yaxın gələcəkdə bu görüşü Şuşada keçirəcəyik. O söz mənim qulağımda hər zaman cingildəyirdi. Fikirləşirdim ki, görəsən mən həmin günü görə biləcəyəm?! Xoşbəxtəm ki, mən indi ABŞ-dan Şuşaya yola düşürəm və həmin görüşdə iştirak edəcəyəm. Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi sözün üstündə durdu. Onun rəhbərliyi və qüdrətli ordumuzun əzmi ilə tarixi qələbəmizi bütün dünya gördü”.

T.Əhmədov bildirib ki, bundan sonra da Azərbaycan həqiqətlərini ABŞ ictimayyətinə çatdırmaq üçün səylə çalışmağa davam edəcək: “Bizim davamız bitməyib, ədalət bərqərar olsa da, o yaşanan tarixi, ermənilərin tarix boyu bizə qarşı törədiyi cinayətləri dünya bilməlidir. Ona görə də bundan sonra da var gücümüzlə çalışmağa davam edəcəyik”.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı dünyanın dörd bir yanında yaşayan Azərbaycan icmasının Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.

--- ---
Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

--- ---
Nyu-Yorkda azərbaycanlı gənclər yeni təşkilat yaradıb

Nyu-Yorkda azərbaycanlı gənclər yeni təşkilat yaradıb

--- ---
Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

--- ---
Arif Rəhimoğlu İsveçdə dəfn olunub

Arif Rəhimoğlu İsveçdə dəfn olunub

--- ---
ABŞ-dakı Azərbaycan icmasının rəhbəri: "Zəfər Qurultayı əcdadlarımızın torpağına qayıdışdır"

ABŞ-dakı Azərbaycan icmasının rəhbəri: "Zəfər Qurultayı əcdadlarımızın torpağına qayıdışdır"

--- ---
"Prezidentin Şuşada bugünkü çıxışı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir"

"Prezidentin Şuşada bugünkü çıxışı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir"

--- ---
Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək

Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək

--- ---
Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlanıb

Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlanıb

--- ---
Milli Məclis sədrinin müavini: “Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı beynəlxalq hadisədir”

Milli Məclis sədrinin müavini: “Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı beynəlxalq hadisədir”

--- ---
Dünya Azərbaycanlılarının V Qurultayı: Qarabağın bərpasına diasporun töhfələri müzakirə olunub 

Dünya Azərbaycanlılarının V Qurultayı: Qarabağın bərpasına diasporun töhfələri müzakirə olunub 

--- ---
Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verilib

Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verilib