Qırğızıstanın birinci xanımı İçərişəhərdə olub

Qırğızıstanın birinci xanımı İçərişəhərdə olub

Ölkəmizdə səfərdə olan Qırğız Respublikası Prezidentinin xanımı Ayqul Japarova aprelin 20-də İçərişəhərlə tanış olub.

"Birxeber" xəbər verir ki, qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Ayqul Japarova təndir çörəyinə qonaq edilib.

Daha sonra qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Gəzinti zamanı qonaq “Brilyant əl” bədii filminin məşhur epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi qonaqda böyük maraq doğurub.

Sonra Qız qalası ilə tanış olan qonağa Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

Xarici siyasət Xarici siyasət
Ərdoğan Azərbaycana səfər edəcək

Ərdoğan Azərbaycana səfər edəcək

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Fransa ilə əlaqələr bizim üçün vacibdir"

İlham Əliyev: "Fransa ilə əlaqələr bizim üçün vacibdir"

Xarici siyasət Xarici siyasət
Mixaylo Podolyak: "Rusiya heç bir halda, heç bir şəraitdə Kiyevi tuta bilməyəcək"

Mixaylo Podolyak: "Rusiya heç bir halda, heç bir şəraitdə Kiyevi tuta bilməyəcək"

Xarici siyasət Xarici siyasət
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin üçüncü görüşü Vyanada olacaq

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin üçüncü görüşü Vyanada olacaq

Xarici siyasət Xarici siyasət
Əli Əsədov Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

Əli Əsədov Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Zelenski: "İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir"

Zelenski: "İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir"

Xarici siyasət Xarici siyasət
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin bəyanatı BMT-də sənəd kimi yayılıb

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin bəyanatı BMT-də sənəd kimi yayılıb

Xarici siyasət Xarici siyasət
Prezident İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - YENİLƏNİB

Prezident İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Zelenski: “Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır”

Zelenski: “Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır”

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Xarici siyasət Xarici siyasət
Almaniya hökuməti məcburi köçkünlərlə bağlı layihələrə dəstək verəcək

Almaniya hökuməti məcburi köçkünlərlə bağlı layihələrə dəstək verəcək

Xarici siyasət Xarici siyasət
Səfirlik Azərbaycana gələn Türkiyə vətəndaşlarına müraciət edib

Səfirlik Azərbaycana gələn Türkiyə vətəndaşlarına müraciət edib