Polşa XİN hava məkanının pozulması ilə bağlı Rusiya səfirinə etiraz notası göndərəcək

Polşa XİN hava məkanının pozulması ilə bağlı Rusiya səfirinə etiraz notası göndərəcək

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi çağıraraq ona Rusiyanın hava məkanının Rusiya raketinin pozulması ilə bağlı etiraz notası verməyi planlaşdırır.

APA xəbər verir ki, bunu respublikanın xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.

"Rusiyanın Polşadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və ona etiraz notası veriləcək", - Onet.pl portalı onun sözlərindən sitat gətirir.

Qeyd edək ki, bundan əvvəl Polşa Silahlı Qüvvələri martın 24-də səhər tezdən Ukrayna ilə sərhəddə ölkənin hava məkanının pozulması barədə məlumat vermiş və bunun Rusiyaya məxsus qanadlı raket olduğunu iddia etmişdi.

Komandanlığa əsasən, Rusiya Federasiyasının uzaqmənzilli aviasiyası tərəfindən buraxıldığı iddia edilən raket Ukrayna ilə sərhəddə yerləşən Lyublin voyevodalığının Osyerdov kəndi yaxınlığında Polşanın hava məkanına düşüb və 39 saniyədən sonra onu tərk edib.