BQXK-nin 3 avtomobilinin Laçın istiqamətindən Xankəndinə keçidinə şərait yaradılıb

BQXK-nin 3 avtomobilinin Laçın istiqamətindən Xankəndinə keçidinə şərait yaradılıb

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlılarına məxsus avtomobillər növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə 4 avtomobil ərazidən keçid edib. Onlardan 3-ü BQXK-ya məxsusdur.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Hər 4 avtomobil eyni vaxtda hərəkət edib.

Qeyd edək ki, bu gün BQXK-ya məxsus avtomobillər vasitəsilə Xankəndi-Laçın yolu vasitəsilə milliyyətcə erməni olan 3 ağır xəstə Ermənistana təxliyə edilib.

Karvan 08:47 radələrində aksiya yerindən keçib. Onların keçidinə heç bir maneə törədilməyib.

Avtomobil karvanı Ermənistandan Xankəndinə qayıdarkən baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatları daşınacaqdı.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib 

Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz hərəkət edib 

QARABAĞ QARABAĞ
Bu gün ərzində Xankəndi-Laçın yolunda sülhməramlıların və BQXK-nın 26 avtomobilinin hərəkətinə şərait yaradılıb - VİDEO

Bu gün ərzində Xankəndi-Laçın yolunda sülhməramlıların və BQXK-nın 26 avtomobilinin hərəkətinə şərait yaradılıb - VİDEO

QARABAĞ QARABAĞ
Sultan Hacıyev: “BMTİP ilə minatəmizləmə üzrə birgə layihə tərəfdaşlığımızın möhkəmlənməsinin sübutudur”

Sultan Hacıyev: “BMTİP ilə minatəmizləmə üzrə birgə layihə tərəfdaşlığımızın möhkəmlənməsinin sübutudur”

QARABAĞ QARABAĞ
İranla Azərbaycan iki SES-də işlərin davam etdirilməsi ilə bağlı razılaşdı

İranla Azərbaycan iki SES-də işlərin davam etdirilməsi ilə bağlı razılaşdı

QARABAĞ QARABAĞ
Dövlət Komissiyası: “Edilli kəndi ərazisində qazıntı işləri davam etdiriləcək”

Dövlət Komissiyası: “Edilli kəndi ərazisində qazıntı işləri davam etdiriləcək”

QARABAĞ QARABAĞ
İlham Əliyev: "Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir"

İlham Əliyev: "Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir"

QARABAĞ QARABAĞ
BMTİP: “ANAMA yüksək səviyyədə fəaliyyət göstərir”

BMTİP: “ANAMA yüksək səviyyədə fəaliyyət göstərir”

QARABAĞ QARABAĞ
İlham Əliyev: "Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik"

İlham Əliyev: "Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik"

QARABAĞ QARABAĞ
"Haber Global"ın müxbiri: "Ermənilərin Xankəndi-Laçın yolunun bağlı olması barədə yaydıqları məlumatlar yalandır"

"Haber Global"ın müxbiri: "Ermənilərin Xankəndi-Laçın yolunun bağlı olması barədə yaydıqları məlumatlar yalandır"

QARABAĞ QARABAĞ
Qətiyyət, vətənpərvərliyin 41-ci günü - Xankəndi-Laçın yolunda aksiya davam edir

Qətiyyət, vətənpərvərliyin 41-ci günü - Xankəndi-Laçın yolunda aksiya davam edir

QARABAĞ QARABAĞ
Dövlət başçısı: "Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış dayanır"

Dövlət başçısı: "Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış dayanır"

QARABAĞ QARABAĞ
Ceyhun Bayramov: "Aksiya başlayandan Xankəndi-Laçın yolunda 800-ə yaxın avtomobil keçid edib"

Ceyhun Bayramov: "Aksiya başlayandan Xankəndi-Laçın yolunda 800-ə yaxın avtomobil keçid edib"