Qəbul imtahanlarında 696 bal toplayan tələbə dəm qazından boğularaq ölüb, araşdırma aparılır - YENİLƏNİB

Qəbul imtahanlarında 696 bal toplayan tələbə dəm qazından boğularaq ölüb, araşdırma aparılır - YENİLƏNİB

Baş Prokurorluq Bakıda tələbənin və qardaşının dəm qazından boğularaq ölməsi barədə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "Birxeber.Az"a bildirilib ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

10:13

ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.

“Birxeber.Az” xəbər verir ki, onun gecə saatlarında dəm qazından boğularaq dünyasını dəyişdiyini bildirilib.

Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.