Putin: Rusiya öz maraqlarından çıxış etməlidir

Putin: Rusiya öz maraqlarından çıxış etməlidir

“Qərb nə qədər hər şeyi öz xeyrinə təhrif etməyə çalışsa da, Rusiya öz maraqlarından çıxış etməlidir”.

“Report” xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalında deyib.

“Hər şey həmişə yalnız Qərbin öz maraqlarına uyğun olaraq baş verir. Biz bunu nəzərə almalı və təbii ki, öz maraqlarımızdan çıxış etməliyik. Ancaq unutmayın ki, onlar istənilən vəziyyəti dəyişdirə bilərlər. Bunu öz maraqlarına uyğun şəkildə inkişaf etdirməyə çalışacaqlar. Biz elə etməliyik ki, bu, Rusiyanın maraqlarına uyğun olsun”, - deyə Rusiya prezidenti bildirib.