Tacikistan prezidenti: “Terrorçuların milliyyəti, vətəni və dini olmur”

Tacikistan prezidenti: “Terrorçuların milliyyəti, vətəni və dini olmur”

Rusiya prezidenti Vladimir Putin və Tacikistan prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Tacikistan prezidenti "Crocus"da amansız, qanlı terror aktını pisləyib və terrorçuların milliyyəti, vətəni və dininin olmadığını bildirib.

Qeyd edək ki, martın 22-də Crocus City Hallda törədilən terror aktında şübhəli bilinərək saxlanılan şəxslərin Tacikistan Respublikasının vətəndaşı olduğu bildirilib.