Bakıda içərisində 3 avtomobil olan anbar yanıb

Bakıda içərisində 3 avtomobil olan anbar yanıb

Abşeron rayonunda ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Birxeber.Az-ya verilən xəbərə görə, bitişik Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.