Ermənistanda “Döyüş Qardaşlığı” birliyinin 24 üzvü saxlanılıb

Ermənistanda “Döyüş Qardaşlığı” birliyinin 24 üzvü saxlanılıb

Ermənistanda qanunsuz silah və sursat saxlamağa görə 24 nəfər saxlanılıb.

Birxeber.Az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan SputnikARM-ə bildirib.

Onun sözlərinə görə, saxlanılanları polis bölməsinə aparıblar.

Məlumatda qeyd edilir ki, saxlanılanların hamısı “Döyüş Qardaşlığı” birliyinin nümayəndələridir.

“Döyüş Qardaşlığı”nın üzvü Avetis Avetisyan isə səhər tezdən saxlanılıb. Bu barədə təşkilat məlumat yayıb.

Bildirilir ki, “Qardaşlar”ın digər üzvü Hrant Ter-Abramyanla əlaqə itib.

Təşkilat sosial şəbəkələrdə yazır ki, hüquq-mühafizə orqanları qanunsuz silah gəzdirməklə bağlı ittiham qaldırıb.