Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb.

Bu barədə "Birxeber.Az"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb. Bitişik Sex yanğından mühəfizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.