"Silk Way West Airlines" Qırğızıstandan Azərbaycana 100 yakın təhlükəsiz daşınmasını təmin edib

"Silk Way West Airlines" Qırğızıstandan Azərbaycana 100 yakın təhlükəsiz daşınmasını təmin edib

Vəhşi təbiətin reintroduksiyası layihəsi çərçivəsində "Silk Way West Airlines" Qırğızıstandan Azərbaycana 2 000 kilometrdən çox məsafəyə 100 yakın daşınmasını təmin edib.

Sürü hava nəqliyyatı üzrə mütəxəssislər tərəfindən Bişkek Manas Beynəlxalq Hava Limanından Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdırılıb. Bu heyvanların daşınması Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında həyata keçirilən ciddi bir öhdəlik idi və aviaşirkət uğurla onu icra etdi. Aviaşirkətin ekipajının və yükləmə üzrə peşəkarların canlı heyvanların daşınmasında olan illərin təcrübəsi sayəsində yakların hamısı təhlükəsiz şəkildə təyinat yerinə daşınmış və daha sonra hava limanından yük maşınları ilə yeni otlaqlarına çatdırılıblar.

"Silk Way West Airlines" bütün IATA qaydalarına uyğun olaraq keçmişdə çoxsaylı canlı heyvan daşımalarını uğurla həyata keçirib. Daşıyıcının zəngin təcrübəsi özündə alpakaların, kenquruların, itlərin, atların və Avropa bizonlarının daşınmasını ehtiva edir.

"Silk Way West Airlines" təyyarələrinin havalandırma və temperatur nəzarət sistemləri sayəsində heyvan sərnişinləri mükəmməl havalandırılan mühit ilə təmin olunur. Yaklar uçuş zamanı hər hansı zədə riskinə məruz qalmamaları üçün xüsusi qəfəslərdə daşınıb və səyahət boyu təhlükəsiz uçuşu təmin etmək üçün baytar həkimlərin ciddi nəzarəti altında olublar.

"Biz bütün dünyada davamlı və biomüxtəlif ətraf mühitin qorunmasına töhfə verən bu kimi layihələrdə iştirak etməkdən qürur duyuruq. Təcrübəli ekipajımız və onu müşayiət edən baytarlar sayəsində biz yakları təhlükəsiz şəkildə Azərbaycanda yeni evlərinə daşıya bildik. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə işimizə göstərdikləri etimada görə təşəkkür edirik”, - deyə "Silk Way West Airlines" aviaşirkətinin MDB və Mərkəzi Asiya üzrə vitse-prezidenti Vüqar Məmmədov bildirib.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

İnfrastruktur İnfrastruktur
"Azərsu": "Qarlı hava şəraiti ilə bağlı problemimiz yoxdur"

"Azərsu": "Qarlı hava şəraiti ilə bağlı problemimiz yoxdur"

İnfrastruktur İnfrastruktur
Bakı metrosunun ikinci yerüstü stansiyası ilk sərnişinlərini qarşılayıb

Bakı metrosunun ikinci yerüstü stansiyası ilk sərnişinlərini qarşılayıb

İnfrastruktur İnfrastruktur
Azərbaycanda sərnişindaşıma 21 %-dək artıb

Azərbaycanda sərnişindaşıma 21 %-dək artıb

İnfrastruktur İnfrastruktur
ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib

ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib

İnfrastruktur İnfrastruktur
Dəmir yolunda ölümlə nəticələnən qəza baş verib

Dəmir yolunda ölümlə nəticələnən qəza baş verib

İnfrastruktur İnfrastruktur
“ADY Express” bu il 1 milyon tondan çox Qazaxıstan mənşəli yük daşıyıb

“ADY Express” bu il 1 milyon tondan çox Qazaxıstan mənşəli yük daşıyıb

İnfrastruktur İnfrastruktur
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir

İnfrastruktur İnfrastruktur
AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb

AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb

İnfrastruktur İnfrastruktur
Gürcüstanın “Georgian Wings” aviaşirkətinin Bakıya ilk reysi baş tutub

Gürcüstanın “Georgian Wings” aviaşirkətinin Bakıya ilk reysi baş tutub

İnfrastruktur İnfrastruktur
TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 30 % artıb

TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları 30 % artıb

İnfrastruktur İnfrastruktur
ADY sədri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb

ADY sədri Dəmir Yolları Əməkdaşlıq Təşkilatının rəhbəri ilə görüşüb

İnfrastruktur İnfrastruktur
"Hüseyn Cavid" gəmisi təmirdən sonra ilk səfərini Bekdaş limanına edib

"Hüseyn Cavid" gəmisi təmirdən sonra ilk səfərini Bekdaş limanına edib