Naxçıvan-Sədərək magistralında qəza baş verib, yaralılar var

Naxçıvan-Sədərək magistralında qəza baş verib, yaralılar var

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Püsyan kəndi ərazisində qeydə alınıb.

Sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində Şərur rayon Aralıq kənd sakinləri, 1953-cü il təvəllüdlü Həsənova Gülnaz Qələndər qızı, 1970-ci il təvəllüdlü Rzayev Pünhan Həsənov oğlu və 1987-ci il təvəllüdlü Həsənova Səyyarə Hidayət qızı xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, P.Rzayevin vəziyyəti ağır, digər iki sərnişinin vəziyyəti isə orta-ağırdır.

Faktlar bağlı araşdırma aparılır.