Babək rayonunda qəza olub, 4 nəfər yaralanıb - FOTO

Babək rayonunda qəza olub, 4 nəfər yaralanıb - FOTO

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Uzunoba yolu ətrafında qeydə alınan hadisə zamanı 67-BJ-983 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili aşıb.

Hadisə nəticəsində avtomobildə olan 4 nəfər - 2001-ci il təvəllüdlü Abuzərov İbrahim Nuhali oğlu, 1988-ci il təvəllüdlü İsmayılov Yusif Həsən oğlu, 1995-ci il təvəllüdlü Ələkbərov Elvin Hüseyn oğlu və sürücü, 1961-ci il təvəllüdlü Əliyev Zahid Firudin oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.