Ukraynanın dünya gündəmində olan Baxmut şəhərindən - REPORTAJ
Rusiya artıq bir aydan çoxdur qüvvələrini cəmləyərək Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərinə həmlələrini artırıb. Çünki şəhərin zəbt ediləcəyi təqdirdə müharibənin ruslar üçün həllledici olması barədə təbliğat var.
"Birxeber.Az"un Şərqi Avropa bürosunun əməkdaşı Donbasa gedib, o cümlədən Baxmut şəhərinə baş çəkib.
Hazırda Baxmut Ukrayna ordusunun tam nəzarətindədir. Rusiya ordusunun əraziyə cəmlədiyi hissələr separatçı Donetsk silahlıları ilə birgə şəhərdən 3-4 kilometr məsafədə dayanıblar və bir aydan çoxdur irəliləyə bilmirlər.
Son bir ayda Rusiya bu istiqamətdə əsas artilleriya və piyada briqadalarını cəmləyib. Eyni zamanda Rusiyanın "Vagner" özəl hərbi şirkətinin hərbçiləri də burada mövqe tutub. Buna baxmayaraq, Baxmutda irəliləyə bilməyən Rusiya ordusu itki verməklə yanaşı, şəhəri, o cümlədən Ukraynanın digər yaşayış məntəqələrini intensiv raket atəşinə tutur.
Hazırda şəhərdə qalan sakinlər zirzəmilərə sığınıblar.
Bütün bunlara görə hazırda Baxmut şəhəri dünyanın diqqət mərkəzindədir.
"Birxeber.Az"un Şərqi Avropa bürosunun əməkdaşının şəhərdən hazırladığı fotoreportajı təqdim edirik:


















