Korçok Slovakiyada keçirilən prezident seçkilərində Pelleqrinindən 123 min çox səs toplayıb

Korçok Slovakiyada keçirilən prezident seçkilərində Pelleqrinindən 123 min çox səs toplayıb

Əvvəllər Slovakiya Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışmış liberal İvan Korcok şənbə günü respublikada keçirilən prezident seçkilərinin birinci turunda onunla birlikdə ikinci tura çıxan sosial demokrat Peter Pelleqrinidən 123 min 675 çox səs toplayıb.

APA xəbər verir ki, bu barədə Slovak Radiosu məlumat yayıb.

Seçkilərə gələn 958 min 393 seçici (42,51%) birinci turda Korçoka səs verib. Slovakiya Milli Şurasına (parlamentinə) rəhbərlik edən Pelleqrini 834 718 həmvətəninin (37,02%) səsini toplayıb. Təxminən 5,5 milyon əhalisi olan respublikada 4,3 milyon seçicinin 51,91 faizi səsvermədə iştirak edib.

Seçkilərin ikinci turu aprelin 6-da keçiriləcək. Sosioloqlar Pelleqrininin qələbəsini proqnozlaşdırırlar. İctimai sorğulardan belə məlum olur ki, birinci turda prezidentlik yarışından kənarda qalan və ən yüksək dövlət postu uğrunda mübarizə aparan 7 namizədə səs verən seçicilərin əksəriyyəti bu siyasətçini seçmək niyyətindədir.