Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 13 şəxs yaralanıb

Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 13 şəxs yaralanıb

Rusiyanın Yuqra regionunda sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 13 nəfər xəsarət alıb, 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Yuqra Səhiyyə Departamentinin direktoru Aleksey Dobrovolski öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, avtobusun “Niva” markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 13 nəfər yaralanıb, 3 nəfər ölüb. Ölənlər minik avtomobilində olan şəxslərdir.

Qəzanın baş vermə səbəbi araşdırılır.