Polşa “F-16” qırıcılarını havaya qaldırılıb

Polşa “F-16” qırıcılarını havaya qaldırılıb

Polşa Silahlı Qüvvələri Rusiya aviasiyasının fəaliyyəti səbəbindən F-16 qırıcı təyyarələrini havaya qaldırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Polşa komandanlığı X səhifəsində yazıb.

Qeyd olunub ki, Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı bu gecə Rusiya aviasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə hava və raket hücumları ilə bağlı intensiv hərəkətlərini izləyir.

Vurğulanıb ki, Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb və komandanlıq vəziyyəti daim nəzarətdə saxlayır.

Komandanlıq həmçinin xəbərdarlıq edib ki, ölkədə aviasiya fəaliyyətləri ilə əlaqədar, xüsusən də Polşanın cənub-şərqində səs-küy səviyyəsinin yüksəlməsi ola bilər.