Şahmar Mövsümov: "Qeyri-neft-qaz sektoru üzrə məşğulluqda KOB-ların payı 60 %-ə çatdırılacaq"

Şahmar Mövsümov: "Qeyri-neft-qaz sektoru üzrə məşğulluqda KOB-ların payı 60 %-ə çatdırılacaq"

Azərbaycanın 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, qeyri-neft-qaz sektoru üzrə ümumi daxil məhsulda (ÜDM) kiçik və orta biznes (KOB) subyektlərinin payının 35 %-ə, qeyri-neft-qaz sektoru üzrə məşğulluqda isə KOB-ların payının 60 %-ə çatdırılması əsas hədəflərdəndir.

"Report" xəbər verir ki, bunu "Dayaq" mükafatının təqdimat mərasimində Prezidentin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Azərbaycanda özəl sektorun ÜDM istehsalında payı 83,5 %-ə çatıb və artmaqda davam edir. Hazırda qeyri-neft-qaz ixracının 1/4-dən çoxunu KOB-lar həyata keçirilir. İqtisadiyyatda onların rolu xeyli artıb. Sahibkarlıq subyektlərinin 99 %-i KOB-lardan ibarətdir. Əlavə dəyərin yaradılmasında, məşğulluq və investisiyalar sahəsində onların payı davamlı artır. Hazırda ölkəmizdə innovativ startapların əhəmiyyəti genişlənir. Sevindirici haldır ki, ölkədə KOB-lar təkcə ticarət deyil, iqtisadiyyatın digər sahələrində də inkişaf edir, əmtəə və xidmətlə yanaşı müasir texnologiyaların tətbiqini təmin edir", - o qeyd edib.

Ş.Möhsümov həmçinin deyib ki, sahibkarlığın dəstəklənməsi ölkədə ədas prioritet istiqamətdir: "Prezident dəfələrlə çıxışlarında dövlət-sahibkar münasibətlərini tənzimləyən məsələləri qeyd edib. Bu sahədə mövcud siyasətin 3 əsas istiqaməti var. Birinci istiqamət odur ki, Azərbaycan dövləti sahibkarlığın inkişafına texniki, maliyyə və intellektual dəstək göstərir. Prezident dəfələrlə çıxışında dövlətin sahibkarları dəstəklədiyini bildirib. Dövlət sənaye parkları, sənaye zonaları yaradır, təşviq mexanizmləri tətbiq edir. İkinci istiqamət ölkədə biznesin qanuni inkişafı üçün zəruri mühitin təkmilləşdirilməsidir. Qanunvericilik bazası təkmilləşdirilib, biznesə yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində işlər görülüb, nəticədə sahibkarlıq üzərində inzibati təzyiq əhəmiyyətli dərəcədə azaldılıb. Prezident çıxışlarında qeyd edib ki, bəzi hallarda dövlət məmurları bunu başa düşmür və yerli icra orqanlarının rəhbərləri, nümayəndələri biznesin inkişafına imkan vermir, belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək. Nəticələr göstərir ki, artıq sahibkarlq subyektlərində aparılan yoxlamalar və atılan addımlar öz səmərəsini verir. Üçüncü istiqamət dövlətin dəstəyi müqabilində sahibkarın şəffaf fəaliyyət göstərməsidir. Prezident deyib ki, sahibkarlar vergiləri tam ödəsinlər, başqa heç bir quruma və yaxud şəxsə pul verməsinlər".

Bundan başqa, onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası prosesində inanılmaz imkanlar açılıb: "Dövlət başçısının tapşırığı ilə gələn il yanvarın 1-dən həmin ərazilərdə sahibkarlar 10 il mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad ediləcək. Həmçinin istehdalat sahələri üzrə xammal materialları, texnika və texnoloji avadanlıqların idxalının da 10 il ƏDV və gömrük rüsumundan azad edilməsi planlaşdırılır. Bu təkliflərə artıq Milli Məclisdə baxılıb və yaxın zamanda imzalanması nəzərdə tutulur. Ümid edirəm ki, işğaldan azad edilmiş ərazilərdə yaradılmış şərait və imkanlardan istifadə etməklə həmin ərazilər qısa müddətdə çiçəklənəcək. Obrazlı dildə desək bu ərazilər biznesin hələ ayaq açmadığı ərazilərdir. Bu da biznesin inkişafı üçün geniş imkandır. Kim bu ərazilərdə biznesə uğurla daxil olsa, onun biznesi uğurla da inkişaf edəcək".

"Ölkədə özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yerli və xarici investorların ölkə iqtisadiyyatına marağını artıracaq, qeyri-neft ixracı genişlənəcək. Prezidentin təşəbbüsü ilə atılan bütün addımlar ölkədə sahibkarlığın, xüsusilə kiçiç və orta biznesin inkişafına yönəlib və bu, vacib seqment sayılır", - Ş.Mövsümov əlavə edib.

Biznes Biznes
Bakıda keçirilən konfransın iştirakçıları ölkə prezidentinə müraciət edib

Bakıda keçirilən konfransın iştirakçıları ölkə prezidentinə müraciət edib

Biznes Biznes
Azərbaycanda zərgərlik məhsulları ilə bağlı yeni dövlət standartları qəbul edilib

Azərbaycanda zərgərlik məhsulları ilə bağlı yeni dövlət standartları qəbul edilib

Biznes Biznes
“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir

“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir

Biznes Biznes
Almaniyanın "Beynəlxalq Yaşıl Həftə"sində 15 Azərbaycan şirkətinin məhsulları nümayiş olunur

Almaniyanın "Beynəlxalq Yaşıl Həftə"sində 15 Azərbaycan şirkətinin məhsulları nümayiş olunur

Biznes Biznes
Rüfət Atakişiyev: “Startap ekosisteminin inkişafı KOBİA-nın əsas prioritetlərindəndir”

Rüfət Atakişiyev: “Startap ekosisteminin inkişafı KOBİA-nın əsas prioritetlərindəndir”

Biznes Biznes
Naxçıvanda ƏDV ödəyicilərinin sayı 36 %-dən çox artıb

Naxçıvanda ƏDV ödəyicilərinin sayı 36 %-dən çox artıb

Biznes Biznes
"m10" nağd ödəməkdən daha sərfəlidir

"m10" nağd ödəməkdən daha sərfəlidir

Biznes Biznes
“Baku Steel Company”nin dəstəyi ilə Heydər Əliyevə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib

“Baku Steel Company”nin dəstəyi ilə Heydər Əliyevə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib

Biznes Biznes
Azərbaycanın AZCHEMCO şirkəti İstanbulda “Argus” konfransında öz layihələrini təqdim edib

Azərbaycanın AZCHEMCO şirkəti İstanbulda “Argus” konfransında öz layihələrini təqdim edib

Biznes Biznes
Azərbaycan və Özbəkistan imzaladıqları Anlaşma Memorandumundan irəli gələn məsələləri müzakirə edib

Azərbaycan və Özbəkistan imzaladıqları Anlaşma Memorandumundan irəli gələn məsələləri müzakirə edib

Biznes Biznes
İstanbulda evlər 49 % bahalaşıb

İstanbulda evlər 49 % bahalaşıb

Biznes Biznes
Azərbaycanda sahibkarlara “İxrac subsidiyası” verilə bilər?

Azərbaycanda sahibkarlara “İxrac subsidiyası” verilə bilər?