Aran bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Aran bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın Aran bölgəsində - Şirvan, İmişli, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad rayonlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, mərasimlərdə rayon icra hakimiyyəti rəsmiləri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış komplekslər ziyarət olunub, abidələr önünə qərənfillər düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.

Saat 12:00-da ehtiram əlaməti olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər səs siqnalları veriblər.