Almaniya Daxili İşlər Nazirliyi Moskvada baş verən terror aktından sonra ölkədə təhlükə barədə xəbərdarlıq edib

Almaniya Daxili İşlər Nazirliyi Moskvada baş verən terror aktından sonra ölkədə təhlükə barədə xəbərdarlıq edib

Almaniyanın Federal daxili işlər naziri Nensi Faser bildirib ki, Almaniyaya İslam Dövləti tərəfindən “böyük təhlükə” var.

APA xəbər verir ki, o, bu barədə “Süddeutschen Zeitung” qəzetinə müsahibə verib.

Faser bildirib ki, söhbət “İslam Dövləti-Xorasan” qruplaşmasının (İŞİD) regional qolundan gedir ki, bunu Qərb ölkələri “Crocus City Hall”da baş verən terror aktı ilə əlaqələndirirlər.

Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.