Gürcüstan və Ermənistan baş nazirləri regional məsələləri müzakirə ediblər - YENİLƏNİB

Gürcüstan və Ermənistan baş nazirləri regional məsələləri müzakirə ediblər - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə N.Paşinyan “X”də yazıb.

O bildirib ki, görüşdə regional sülh və sabitlik məsələsini müzakirə ediblər.

Hökumət başçıları, həmçinin ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

15:25

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir.

“Report” xəbər verir ki, məlumatı “Armenpress” yayıb.

N.Paşinyanı Tbilisinin Şota Rustaveli Hava Limanında Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb.

11:20

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək və gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, baş nazirlərin təkbətək görüşündən sonra Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək. Görüşlərin sonunda hökumət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.