Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on yeddi gündür davam edir

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on yeddi gündür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on yeddi gündür davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
Ceyhun Bayramov Lavrova Şuşadakı etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu bildirib

Ceyhun Bayramov Lavrova Şuşadakı etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu bildirib

QARABAĞ QARABAĞ
BQXK-nin avtomobilləri Xankəndindən Laçın istiqamətinə növbəti dəfə maneəsiz hərəkət edib

BQXK-nin avtomobilləri Xankəndindən Laçın istiqamətinə növbəti dəfə maneəsiz hərəkət edib

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 13 avtomobili maneəsiz keçib - YENİLƏNİB-2

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 13 avtomobili maneəsiz keçib - YENİLƏNİB-2

QARABAĞ QARABAĞ
Piter Teys: “Beynəlxalq ictimaiyyət azərbaycanlı ekoloqları dəstəkləməlidir”

Piter Teys: “Beynəlxalq ictimaiyyət azərbaycanlı ekoloqları dəstəkləməlidir”

QARABAĞ QARABAĞ
Bu gün Xankəndidən Laçına daha bir avtomobil maneəsiz keçid edib

Bu gün Xankəndidən Laçına daha bir avtomobil maneəsiz keçid edib

QARABAĞ QARABAĞ
Dövlət müşaviri: “Azərbaycan ərazilərini minalardan təmizləmək üçün çox vaxta ehtiyac duyacaq”

Dövlət müşaviri: “Azərbaycan ərazilərini minalardan təmizləmək üçün çox vaxta ehtiyac duyacaq”

QARABAĞ QARABAĞ
Ekspedisiya rəisi: “Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək”

Ekspedisiya rəisi: “Şuşada kütləvi məzarlıq aşkarlanan ərazidə araşdırmaların miqyası genişləndiriləcək”

QARABAĞ QARABAĞ
Litva ABŞ və Aİ-nin Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasına yönəlmiş səylərini dəstəkləyir

Litva ABŞ və Aİ-nin Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasına yönəlmiş səylərini dəstəkləyir

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda etirazçılar şərəfli missiyalarını 128 gecədir davam etdirirlər

Xankəndi-Laçın yolunda etirazçılar şərəfli missiyalarını 128 gecədir davam etdirirlər

QARABAĞ QARABAĞ
Şuşada Heydər Əliyev Fondunun bərpa etdiyi Saatlı məscidinin açılışı olub

Şuşada Heydər Əliyev Fondunun bərpa etdiyi Saatlı məscidinin açılışı olub

QARABAĞ QARABAĞ
Bu gün Xankəndidən Laçın istiqamətinə sülhməramlıların 15 avtomobili maneəsiz keçib  - YENİLƏNİB-2

Bu gün Xankəndidən Laçın istiqamətinə sülhməramlıların 15 avtomobili maneəsiz keçib  - YENİLƏNİB-2

QARABAĞ QARABAĞ
İlham Əliyev və Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib

İlham Əliyev və Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib