Slovakiyada prezident seçkilərinin ikinci turu keçirələcək

Slovakiyada prezident seçkilərinin ikinci turu keçirələcək

Slovakiya parlamentinin spikeri, “Səs – Sosial Demokratiya” partiyasının sədri Peter Pelleqrini və respublikanın keçmiş xarici işlər naziri İvan Korçok prezident seçkilərinin ikinci turuna keçiblər.

APA xəbər verir ki, bu barədə Slovakiya Radio və Televiziyasının yayımladığı "exit-poll" nəticələrində qeyd olunub.

İkinci turun aprelin 6-da keçirilməsi nəzərdə tutulub. Son əhali sorğularına görə, bu seçkilərdə P.Pelleqrini qalib gələcək. O, İ.Korçokdan təxminən 10% çox səs toplaya biləcək.