Fransa Polşaya iki müşahidə peyki verəcək
Polşa Fransa ilə iki müşahidə peykinin satın alınması ilə bağlı müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Sebastyen Lekornü tviterdə yazıb.
“Varşavaya səfərim zamanı polşalı həmkarımla apardığımız danışıqlar nəticəsində biz iki fransız müşahidə peykinin satışına dair müqavilə imzaladıq”, - nazir bildirib.
Onun sözlərinə görə, “bu böyük müqavilə Polşanın Fransa texnologiyası və sənayesinə inamını nümayiş etdirir”.
“Müqavilə Fransa və Polşanı müdafiə sahəsində birləşdirən dərin əlaqələrin sübutudur. O, beş il ərzində Fransada 500 əlavə iş yerinin yaradılmasını nəzərdə tutur”, - Lekornü vurğulayıb.