Şəmkirdə zəncirvari qəza olub, ölən və xəsarət alanlar var

Şəmkirdə zəncirvari qəza olub, ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106", "VAZ 2107" və digər avtomobil toqquşub.

Qəza zamanı 1990-ci il təvəllüdlü Əhmədov Elçin Elxan oğlu hadisə yerində ölüb.

1996-ci il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu, 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.