Argentina Prezidenti: Azərbaycanla əməkdaşlığın, iqtisadi əlaqələrin güclənməsini səylə davam etdirəcəyəm

Argentina Prezidenti: Azərbaycanla əməkdaşlığın, iqtisadi əlaqələrin güclənməsini səylə davam etdirəcəyəm

Argentina Azərbaycan ilə ikitərəfli əməkdaşlığı və iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdır.

“Report” xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley yenidən dövlət başçısı seçilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib.

“Bu yaxınlarda ölkələrimizin xarici işlər nazirləri arasında ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən olduqca məhsuldar telefon danışığının baş tutması məni çox məmnun etmişdir.

Əlaqələrimizin özülünü təşkil edən dostluq və hörmət prinsiplərinə əsaslanaraq, ölkələrimizin rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığımızı və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədilə səylə işləməkdə davam edəcəyimi bir daha vurğulamaq istəyirəm”, - o, təbrik məktubunda qeyd edib.