Şəmkirdə 3 avtomobil toqquşub, 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkirdə 3 avtomobil toqquşub, 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yeni Həyat kəndində 3 avtomobilin toqquşması nəticəsində Əhmədov Rəsul Şaban oğlu hadisə yerində, 1989-cu il təvəllüdlü Əhmədov Elçin Elxan oğlu isə xəstəxanada ölüb.

Qəza zamanı Şəmkir rayon sakinləri - 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu və 1996-cı il təvəllüdlü Əhmədova Əminə Qəfər qızı müxtəlif xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

21:53

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Həyat kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.